Hacıqabul inkişafın yeni dönəmində

Hacıqabul. Bu rayona yolum tez-tez düşür. Düzü səfərimdə jurnalist olaraq nə xüsusi bir qeyd aparmışam, nə də gördüklərimi qələmə almışam. 10 ildən çoxdur ki, rayonla bağlılığım yaranıb. Hərdən işdən çıxanda jurnalist həmkarlarım sual edirlər ki, hara gedirsən? Cavabında rayon eşidəndə inanmırlar. Deyirəm siz burdan Əhmədliyə (İş yerimiz Yasamalrda yerləşir) 1 saata gedirsiniz. Mən isə saatın tamamında rayonda evdə oturub çay da içirəm. Əl qərəz.... Ötən ilin dekabr ayına kimi rayona səfərim çərçivəsində qohum-tanışdan eşitdiyim və gördüklərim heç də ürək açan deyildi. Məlumata görə rayonun keçmiş başçısı öz şəxsi mənafeyindən çıxış edərək bir sıra təxirəsalınmaz işlər görüb. Bu üzdən rayonun mərkəzində yerləşən Xilənin yolları bərbad, sosial problemlər isə pik həddində idi. Ta ki, rayon rəhbərliyində dəyişiklik oldu. 


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rüstəm Gülabba oğlu Xəlilovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzaladı. Rüstəm Xəlilovu Milli Məclisdən tanıdığım üçün onun bu təyinatının rayon üçün müsbət nəticələrə vəsilə olacağından şübhəm yox idi. Aradan keçən müddət ərzində bunun şahidi oluram. İlk öncə onu qeyd edim ki, Rüstəm Xəlilov Hacıqabula yeni nəfəs gətirdi. Bu nəfəs isə sadə vətəndaşların ürəyincədir. Onun hər bir hacıqabullu ilə səmimi görüşməsi, onların problemləri ilə maraqlanması, iş yerlərinin açılması, sosial problemlərin həlli istiqamətində atdığı addımlar Xilə camaatı tərəfindən fəxrlə dillərdə dolaşır.


Hacıqabul coğrafi baxımdan elə bir ərazidə yerləşir ki, bu rayon sanki tranzit rolu oynayır. Yəni, istəyir Cənuba, istəyir Şərqə gedəsən Hacıqabulu görməsən, bu torpağa qədəm qoymasan necə deyərlər səfər mümkün deyil. Elə rayonun adı da buradan götürülüb. Deyilənlərə görə qədim zamanlarda Həcc ziyarətinə gedən zəvvarlar Hacıqabulda dincəlib daha sonra yola davam ediblər. Mən hacısayağı Hacıqabuldan keçməsəm də istirahət günlərimin çoxunu bu rayonda keçirirəm. Dolanbac yollarını belə əzbərə öyrəndiyimdən bu rayonu İsmayıllım qədər çox sevirəm. Bu sevgini mənə aşılayan isə Rüstəm Xəlilov olub. Çünki, qısa zamanda rayonun siması dəyişib. Yol infrastrukturunda yeniliklər hiss olunur, vətəndaşların sosial problemlərinin həlli istiqamətində davamlı addımlar atılır. Bütün bunların fonunda hacıqabulluların simasında əvvəlki illərdə olduğu kimi məyusluq hissi qürur hissi ilə əvəzlənib.


Əziz oxucularımız. İcra başçısının bir çox səlahiyyətləri var. Ancaq bəzi məsələlər var ki, İcra başçısı vasitəçi rolunu oynayır. Yəni, rayonun problemi barəsində aidiyyatı qurum qarşısında məsələ qaldırır və bu məsələnin həllinə nail olur. Bugünkü günümüzün reallığı da ondan ibarətdir ki, başçılar bu vasitəçilik missiyasını düz əməlli yerinə yetirə bilsinlər. Rüstəm Xəlilova da bu məsələ elədə çətin deyil. Çünki uzun müddət seçici yükünü çiynində daşıyan, seçicilərini parlamentdə layiqincə təmsil edən, etdiyi çıxışlarla, mətbuata verdiyi açıqlamalarla hər zaman öz seçicisinin başını dik tutan bir adam üçün rayon ictimayyətinin problemlərini aidiyyatı qurumlara çatdırmaq asandır. Bu problemlərin birgə həlli üçün yolların axtarılması, ən əsası hər bir hacıqabullunun problemini öz problemi bilib onlara biganə qalmaması Rüstəm Xəlilovun idarəçilik səriştəsindən irəli gələn məsələdir.


Dünyanı cənginə alan COVİD-19 pandemiyası ilə əlaqədar elan olunan karantin rejimi ilə əlaqədar bir çox dövlət müəssisəsində olduğu kimi Hacıqabul İcra Hakimiyyətində də görülən işlər daim diqqət mərkəzində saxlanılır. Heydər Əliyev Fondu tərəfində ehtiyacı olan vətəndaşlarımıza edilən yardımın bölüşdürülməsi şəffa şəkildə həyata keçirilir. Eyni zamanda Rüstəm Xəlilov yerli icra nümayəndələri ilə mütəmadi olaraq video bağlantı quraraq vətəndaşların problemləri ilə maraqlanır. İş vaxtının çoxunu vətəndaşların qayğıları ilə keçirən Rüstəm Xəlilov qısa zamanda hacıqabulluların böyük rəğbətini qazanıb.


Ədil Ədilzadə

Bakı-Hacıqabul-Bakı