Həbs olunan nazir müavininin rüşvət etirafları: “Ümumilikdə, hər ay...” - VİDEO

"Mədəniyyət Nazirliyinintabeliyində olan 15 idarədən ümumilikdə hər ay 60 min manat pul yığılıb mənə verilirdi”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı videoda sabiq Mədəniyyət nazirinin müavini Rafiq Bayramov aldığı rüşvəti etiraf edən zaman deyib.

O qeyd edib ki, rayonlarda mədəniyyət binalarının cari təmir işlərinin aparılması üçün vəsaitlər nəzərdə tutulub:

"Bütün rayonlar üzrə təmir işlərinə 1 milyon 500 min manat ayrılırdı.İl ərzində 40-45 müəssisə təmir edilirdi. İdarə rəisləri həmin vəsaitdən 10 faiz miqdarında nazirliyə verirdilər. Bu da 150 min manat demək idi.Bu pulları bəzi hallardaşirkətrəhbərləri, bəzən də idarə rəisləri mənə verirdilər”.