Kamil Zeynallının həbsinin təfərrüatı bilindi - YENİLƏNİB

"Bu gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallı 10 sutkalıq həbs olundu”.

BunuOxu.Az-a fitnes məşqçisi, karantin dövründə insanlara maddi yardım edən Kamil Zeynallının köməkçisi Rasim Qarayev deyib.

O, Kamilin həbs olunmasını bu cür izah edib:

"Karantin qaydalarını pozduğu üçün həbs olunub. Əvvəl Ucara, 5-6 gün əvvəl isə Füzuli rayonuna maddi yardım paylamağa getmişdi. Bakı sakinlərinə rayonlara getməyə icazə verilmədiyindən, karantin qaydalarını pozduğu deyildi”.

Səbuhi Musayev

19:14

İdmançı Kamil Zeynallı həbs edilib.

Bu barədə onun "İnstagram” hesabında köməkçisi tərəfindən paylaşım edilib.

Paylaşımda qeyd edilib ki, K.Zeynallı karantin qaydalarını pozduğu üçün 10 sutka inzibati qaydada həbs edilib.