Karantin rejimini pozan neçə hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib?

Ölkədə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, son sutkaərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 839 nəfərİnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə, 44 016 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.