Muradəli Qureyşi Qaflantı yaradıcılığına işıq salan kitab

Bu yaxınlarda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Qəndab Əliyevanın müəllifliyi ilə XX əsr Cənubi Azərbaycan ədəbiyyatının tanınmış el şairi Muradəli Qüreyşi Qaflantının əsərlərindən ibarət "ULU ÇİNAR" adlı kitabı nəşr edilmişdir.
 Kitaba vətənpərvər şairin İranda əski əlifbada nəşr edilən əsərləri ilə yanaşı, indiyədək heç bir yerdə çap olunmayan 4 dəftər əlyazma şeirləri də transliterasiya edilərək daxil edilmişdir. Böyük zəhmətlər bahasına ərsəyə gələn kitab Arazın bu tayında Azərbaycan Milli Demokratik ədəbiyyatı irsinin öyrənilməsi işinə layiqli töhfədir.