Murov dağından Kəlbəcərə, Xudavəng monastırına səyahət - VİDEO

Sentyabrın 27-dən Ermənistanın terrorçu diversiya qruplarının ərazilərimizə basqın cəhdlərinin qarşısını almaq məqsədi ilə əks-həmlə əməliyyatlarına başlayan Azərbaycan Ordusunun hərbçiləri "Ömər aşırımı” postunu, ətraf əraziləri və başqa yüksəklikləri də işğaldan azad ediblər.

Ömər aşırımını keçdikdən sonra Kəlbəcərə doğru irəliləyəndəVəng kəndinə qədər yolboyu erməni vəhşiliyini hər yerdə görmək mümkündür. Kəsilmiş ağaclar, məhv edilmiş yaşıllıqlar, yandırılmış evlər və digər tikililər, dağıdılmış körpülər erməni xislətinə xas olan bütün nümunələri əks etdirir.

Xudavəng monastırı 27 illik işğaldan azad edilərək öz həqiqi sahiblərinə - Azərbaycanda yaşayan udinlərin ixtiyarına verilib. Burada udinlərlə yanaşı, erməni rahiblər də ibadət edirlər.

Report