Müşfiq Məmmədli seçiciləri ilə qəbul keçirib

Sumqayıt şəhər Yeni Azərbaycan Partiyasının binasında deputat Müşfiq Məmmədli 44 saylı Sumqayıt - Xızı seçki dairəsinin seçiciləri ilə qəbul keçirib.
Qəbula gələn insanlar şəxsi məişət problemləri ilə yanaşı müxtəlif mövzularda məşğulluq, hüquqi yardım, təhsil, kommunal ilə bağlı müraciətlər ediblər. Bir neçə məsələ yerindəcə həllini tapıb. Millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər M.Məmmədli tərəfindən nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb.
Qeyd edək ki, növbəti vətəndaş qəbulu Hacı Zeynalabdin qəsəbəsində keçirilməsi nəzərdə tutulur.