Naxçıvanda “ASAN xidmət” mərkəzi üçün yeni bina tikilir - VİDEO

Hər il Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yeni yaşayış binaları tikilərək istifadəyə verilir. Mövcud yaşayış binaları isə əsaslı şəkildə təmir olunur.

Sabahinfo.az xəbər verir ki, hazırda Naxçıvan şəhəri Əlincə məhəlləsindəki yaşayış binalarında da əsaslı təmir işləri aparılır.

Həmçinin, Naxçıvan şəhərində ölkəmizin müasir inkişafı ilə tam uzlaşan, böyük bir layihə olan "ASAN xidmət” mərkəzi tikilir.