Pandemiyada müsbət dəyişikliyin davam etməsi üçün nə etməliyik? - VİDEO

Son günlər ölkədə koronavirusa yoluxmada müsbət tendensiya yaşanır.

Baku TV xəbər verir ki, dünənin statistikasına əsasən, koronavirusa yoluxma 79 nəfər təşkil edib.

Təbii ki, bu müsbət nəticə qaydalara əməl edən vətəndaşların hesabına əldə olunub.
Statistikanın iki rəqəmliyə düşməsi həm dəkarantin rejimində yumşalmalaragətirib çıxardı. Bir çox sahələrin fəaliyyəti bərpa olundu, digərlərinin açılması isə növbəti günlər üçün planlaşdırılır.

Mütəxəssislər isə qazanılan müsbət nəticəyə arxayınlaşmamağı, bu dinamikanı olduğu kimi saxlamaq üçün karantin qaydalarına əməl etməyi məsləhət görür.

Ətraflı süjeti təqdim edirik: