Prezident İlham Əliyev Qobustan rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfərə gedib.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

***

İyulun 29-da Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun 131,5-ci kilometrindən 215-ci kilometrinə qədər olan hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub.

Dövlət başçısına layihə üzrə görüləcək işlər barədə məlumat verilib.