Şamaxının Saqiyan kəndi Günəşli adlandırıldı - Prezident İlham Əliyev qanunu imzaladı

Prezident İlham Əliyev "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sabahinfo.az-ın məlumatına görə, qanuna əsasən "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın "Şamaxı rayonu” bölməsinin 48.33-cü sətrində hər iki halda "Saqiyan” sözü "Günəşli” sözü ilə əvəz edilir.