Şuranın dəstəyi ilə Bakı şəhərində 100 ailəyə yardım paylanacaq

"Azərbaycan Qadınları Respublika Cəmiyyəti "İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "COVİD19 pandemiyası ilə əlaqədar şəhid və aztəminatlı ailələrə ərzaq və tibbi ləvazimatın paylanması” adlı layihəyə start verib. Layihə barəsində məlumat verən birliyin sədri Bahar Qasımova deyib ki, məqsəd ehtiyacı olan ailələrə COVİD 19 pandemiyası ilə bağlı ətraflı məlumat vermək və bu virusdan qorunma yollarını izah etməkdən ibarətdir. Onun sözlərinə görə, layihə çərçivəsində Bakı şəhərində 100 ailəyə yardımlar ediləcək, buklet çap olunaraq paylanılacaq. Bukletdə əsas diqqət pandemiya ilə mübarizə tədbirləri, sosial məsafə, maskalardan istifadə və dizinfeksiya işlərinin həyata keçirilməsinə yönəldiləcək.

Bahar Qasımova sonda onu da deyib ki, rəhbərlik etdiyi təşkilat pandemiya dövründə bir sıra işlər görüb. "Şəhid ailələrinə, Aztəminatlı ailələrə maddi və mənəvi dəstək ğöstərmək,maarifləndirici və psixoloji söhbətlər aparmaq, insanlar arasında panikaya düşməmək, Operativ Qərargahın verdiyi tövsiyyələrə əməl etmək,tibbi yardımlar paylamaq və diğər operativ tədbirlər ğörmək məqsədilə layihəni dəyişərək, bu məsələlərlə bağlı Rolik çəkib yayımlandı, Fonda pul köçürüldü,əhaliyə yardımlar paylandı və s.məsələlər həll edildi.Mehriban Əliyevanın çağırışına qan aksiyasına qoşuldu”.

B.Qasımova bildirib ki, artıq layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında QHTlərə Dövlət Dəstəyi Şurasının tövsiyyələrinə əməl edilərək bələdiyyə və icra nümayəndələri ilə yardım ediləcək daha 100 ailənin siyahısı qeydə alınır. Şəffaflığın qorunması naminə yardımlar Poçt lar vasitəsilə göndəriləcək. Ehtiyacı olan ailələrə psixoloji yardımlar fərdi şəkildə ğöstəriləcək”.