“Vətən uğrunda” medallı şəhidlərimiz - VİDEO

Azərbaycanın apardığı haqq savaşında bir çox gəncimiz ölkəmizin ərazi bütövlüyü uğrunda əlindən gələni və daha artığınıetməkdən çəkinmədi. Həm ön, həm də arxa cəbhədə. Çox sayda qəhrəman vətən oğluaparılan mübarizədə canından keçdi.

Vətən, torpaq, sevgisi Ramin Quliyevin də hərb sahəsini seçməsinə səbəb olub.

Valideyinləri evin tək oğlu olan R.Quliyevi bu yoldandöndərə bilməyib.

Qəhrəmanımız Naxçıvanda Heydər Əliyev adına hərbi liseyə, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Bu ilin iyununda təhsilini başa vuraraq Ağdama xidmətə yollanıb.

R.Quliyev Vətən müharibəsi başlayanda ön sıralarda mübarizə aparanqəhrəmanlardan biri olub. Onunatası Birinci Qarabağ müharibəsində iştirak edib. Atanın başladığı işi oğlu tamamlayıb.

Silahdaşları ilə birlikdə Suqovuşanın azad olmasında düşmənin canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsivə qənimət kimi ələ keçirilməsində şücaət göstərib.

Döyüş əməliyyatlarında qarşıya qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərkənşəhid leytenant dövlət başçısının sərəncamına əsasən "Vətən uğrunda” medalı ilə təltif edilib.

Digər qəhraman isə 26 yaşlı şəhid Emil Əbdüləzimlidir.

E.Əbdüləzimli vətənin müdafiəsinə könüllü qoşulan igidlərdən olub.

Əslən Zəngilandan olan E.Əbdüləzimli ailəsinin 27 illik həsrətinə son qoyub.

Göstərdiyi qəhrəmanlığa görə ölkə başçısı E.Əbdüləzimlini "Vətən uğrunda” medalına layiq görüb.

Bu gün Vətənin igid, mərd oğulları sayəsində başı ucadır. Bu gün torpaqlar şəhidlərimizin qanı bahasına azaddır.