İnsan mənafeyi etibar, cəsarət,
qürur, iftixar və digər
bu kimi ülvi hisslər
ilə formalaşır. Xoşbəxt
o xalqdır, o cəmiyyətdir
ki, öz içərisindən
həmin hissləri yaşaya
biləcəyi şəxsiyyətləri
yetişdirmiş olsun. Bu baxımdan
zamanın bütün
sınaqlarından çıxmış
və həyatın
hər üzünü
görmüş Azərbaycan
xalqı sözün
həqiqi mənasında
xoşbəxt xalqdır.
Çünki əgər
biz bu gün iftixar hissi ilə
danışa biləcəyimiz
şəxsiyyət varsa bu da Azərbaycan
xalqının tarixi qələbəsi,
xoşbəxtliyidir. Öz ölkəsinin
dar günündə
ona sahib çıxa bilən, xalqını,
millətini, dövlətini
çətin durumdan xilas etmək üçün
heç bir təhlükədən
çəkinməyən
insanlara qəhrəman, tarixi lider
deyilər. Xalqımız
zaman-zaman öz tarixi şəxsiyyətləri
ilə fəxr etmişdir.
Onların yaratdığı irsə
böyük ehtiramla yanaşır.
Müasir Azərbaycan dövlətinin
memarı və qurucusu, dövlətin
müstəqilliyi, inkişafı
naminə böyük
və əvəzedilməz
işlər görmüş,
Heydər Əliyev hər
zaman fəxr edəcəyimiz,
qürur duyacağımız
dahi şəxsiyyətdir. Heydər
Əliyev
xalqına, millətinə
yüksək səviyyədə
xidmət etmiş, torpaqlarımızın
bütövlüyü
uğrunda fədakarlıqla
çalışmış,
dövlətimizin inkişafı,
demokratiyasının genişləndirilməsi
xalqın rifah halının
daha da yaxşılaşdırılması
istiqamətində bütün
lazımı tədbirləri
həyata keçirmişdir.
Çətin, keçməkeçli
və bir o qədər
də şərəfli
tarixi yollar keçmiş Azərbaycan
xalqı öz tarixi xilaskarını,
fədakar liderini məhz ən
çətin günlərində
tapdı. Elə həmin
məqamlardan da xalq-prezident birliyi, sədaqəti,
intizamı formalaşdı.
Azərbaycançılıq
ideyaları, Milli mental dəyərlərin
möhkəmləndirilməsi
istiqamətində ciddi irəliləyişlər
əldə
edildi. Xalqın istəyi ilə
1993-cü ilin 9 iyununda
siyasi hakimiyyətə qayıdan
Heydər Əliyev qətiyyət
və bacarıqla vətəndaş
müharibəsinin qarşısını
aldı. Bu ondan irəli gəlirdi
ki, artıq xalq inam bəsləyəcəyi,
etibar edəcəyi bir lider tapmışdı.
İnam
və etibar sayəsində
sabitlik əldə edildi. İyulun
15-də isə Ulu öndər
Azərbaycan Respublikasının
ali Sovetinin sədri seçildi. Bu tarixi
hadisə Respublikamızın
müstəqillik həyatında
yeni bir başlanğıc oldu. Ulu öndərin
1993-cü ilin oktyabrında dövlət
başçısı seçilməsi
ilə Müstəqil
Azərbaycan dövlətinin
hüquqi və siyasi-iqtisadi
suverenliyinin təmin olunması
prosesi daha da sürətləndi.
1993-2003-cü illər müasir
Azərbaycanın tarixində
Sosial-iqtisadi yüksəliş
dövrü kimi yazıldı.
Genişmiqyaslı islahatların
aparılması, iqtisadi inkişafın
sürətləndirilməsi,
tez bir zamanda bazar iqtisadiyyatına keçid
ölkəmizin
inkişafını
sürətləndirdi.
Dövlət idarəçiliyi
mexanizmi yenidən yaradıldı,
nizami ordu quruldu, tədricən ölkəmiz
dünya birliyində öz
layiqli yerini tutdu. Azərbaycan regionun ən
nüfuzlu dövlətinə
çevrilərək
böyük beynəlxalq
nüfuz qazandı. Mətbuat
və söz azadlığı,
azad vətəndaş
cəmiyyəti formalaşdı.
Ulu öndər Heydər
Əliyev
bu gün cismən aramızda
olmasa da, onun ideyaları cəmiyyətin
daim yeniləşməsində,
Müstəqil Azərbaycanın
daha da müasirləşməsində
və qüdrətlənməsində
aparıcı qüvvədir.
Biz cəmiyyət olaraq onun
ideyaları əsasında
öz
milli şüurumuzu bərpa etmişik.
Ümummilli Liderin müdrik
siyasəti bu gün də
mükəmməl
şəkildə davam etdirilir. Məhz
bu siyasi kurs Azərbaycana yeni-yeni nəaliyyətlər,
uğurlar gətirir. Bunun nəticəsi
olaraq ötən 23 ildə
Azərbaycan yalnız region deyil, həmçinin
Avropanın da siyasi cəhətdən
ən
sabit ölkəsinə
çevrilmişdir.
Beynəlxalq aləmdə
yüksək nüfuz
qazanmışdır. İqtisadi
inkişaf tempinə görə
dünyada lider ölkələr
sırasına daxil olmuşdur.
Respublikamızın ümumbəşəri
dəyərlərə
istinad edən mütərəqqi
inkişafı, demokratikləşmə,
insan hüquq və azadlıqlarının
təminatı sahəsində
ciddi uğurları göz
önündədir.
Azərbaycan
BMT-nin Təhlükəsizlik
Şurasına
sədrlik etməsi, kosmos ölkəsinə
çevrilməsi
siyasi, mədəni, iqtisadi sahələrdə
dünya ölkələri
arasında uğurlar qazanması,
2015-ci ildə İlk Avropa oyunlarına,
sonra İslam həmrəylik
oyunlarına, Şahmat olimpiadasına
və gələcəkdə
futbol yarışlarına ev sahibliyi etmək
kimi yüksək səviyyəli
beynəlxalq layihələrə
imza atması sübut edir ki, dövlətimiz
davamlı və dinamik inkişafa
nail olmuşdur. Bu gün
hər bir vətəndaşın
qəlbində milli iftixar hissi
və ölkəmizin
işıqlı gələcəyinə
dərin inam hissi kimi ülvi duyğular
dərin kök atmışdır.
Mövcud vəziyyət
bunu deməyə əsas
verir ki, Azərbaycan xalqı
isə özünün
firavan gələcəyinin
təminatçısı
olan bu siyasətə daim sadiq qalacaqdır.
Biz də cəmiyyət
olaraq öz üzərimizə
düşən işləri,
öz
vətəndaşlıq
borcumuzu layiqincə yerinə yetirməliyik.
Dövlətimizin inkişafı
naminə gərəkən
hər bir zəhmətə
qatlaşmalıyıq.
Vətəndaş
olaraq hər birimiz Möhtərəm
cənab prezidentimiz ilham Əliyev cənablarının
ətrafında
sıx birləşməli,
səylə çalışmalıyıq
ki, dövlətimiz günü-gündən
inkişaf etsin, bütün
dünyaya nümunə
göstərilsin. Bu bizim həm
vətəndaşlıq
borcumuzdur, həmçinin də
ulu öndər Heydər
Əliyevin
müqəddəs
ruhu qarşısında olan vacib
borcumuzdur. Çünki müasir Azərbaycan
Heydər Əliyevin xalqımıza
miras qoyduğu ən dəyərli
əmanətdir.
Ziba Məmmədova,
Ağsu
rayon Kəndoba kənd tam orta məktəbinin
Biologiya müəllimi