Bakıda bağlı olan yolların açılacağı vaxt məlum oldu

Neftçilər prospekti sabah açılacaq.
Bakı şəhəri ərazisində "Formula 1” yarışlarının keçirilməsi ilə əlaqədar olaraq bağlanan bəzi yollar bu gün saat 16:00-da açılacaq. 
sabahinfo.az xəbər verir ki, bu barədə report.az-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.
Şöbə rəisi bildirib ki, hazırda Bakı şəhər halqasında hərəkət olduğu kimi qalır: 
"Təşkilat Komitəsinin qərarına əsasən bu gün bəzi yollar, yol qovşaqları və kəsişmələr açılacaq. Həmin küçələrdə avtomobillərin hərəkəti bərpa ediləcək. Lakin bəzi küçə və prospektlərin, əsasən Neftçilər prospekti isə sabah günün 1-ci yarasında açılacaq”. -, şöbə rəisi deyib.