Mağazadan içki və siqaret oğurlayanlar tutulub

Tovuz polisləri oğurluqda şübhəli bilinən iki nəfəri tutub.

 

Sabahinfo.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-də rayon ərazisində 4 mağazadan pul, spirtli içki, danışıq kartları, tütün məmulatı və məişət əşyaları oğurlamaqda, habelə 1 mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Alakol kənd sakinləri İlkin Həsənov və Elşən Ələsgərov tutular.