Oğuz rayonunda 5 otaqlı evdə yanğın olub.
Sabahinfo.Az FHN-ə istinadən xəbər verir ki, Oğuz rayonu, Bucaq kəndində vətəndaşa məxsus, ümumi sahəsi 100 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.