Ucarda avtomobil piyadanı vurub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayon mərkəzində qeydə alınıb. Göyçay rayon sakini, 1986-cı il təvəllüdlü Mahir Mehdi oğlu Həsənov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yolu keçmək istəyən piyada, Ucar rayon sakini, 1965-ci il təvəllüdlü Lalə Məhəmməd qızı Zeynalovanı vurub.
Qadın Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.