Kəmaləddin Heydərov  vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Xırdalan şəhərində, Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Abşeron və Zəngilan rayonları sakinlərinin qəbulunu keçirib.

Bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, əvvəlcə nazir K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Abşeron və Zəngilan rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.