Novruz Aslanovun seçiciləri ilə görüşü davam edir - FOTOLAR

Aprel ayının 15-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edərək növbəti dəfə seçicilərinin qəbulunu keçirib. Pandemiya qaydalarına uyğun olaraq keçirilən qəbulda 80-ə yaxın sakin iştirak edib.    

Sabahinfo.az xəbər verir ki, qəbulda seçicilərin qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb. Şəxsi məişət problemi ilə bağlı bir neçə məsələ yerindəcə həll olunub. Həmçinin torpaq sahəsi və işlə bağlı müraciətlər də çoxluq təşkil edib. Sosial sahəyə aid məsələlər də əsas müraciətlər sırasında yer alıb. Deputatın səlahiyyətlərinə aid olmayan məsələlər qeydiyyata alınıb və əlaqədar qurumlara müraciətin ediləcəyi bildirilib. 

Məlumat üçün bildirək ki, əhaliyə dəstək məqsədilə deputata müraciət edən rayon sakinlərinə ərzaq yardımları edilib.