Qarabağda iki DOST mərkəzi tikiləcək - Sədr

Qarabağda ən azı iki DOST mərkəzinin olacağı planlaşdırılır.

Bunu Trend-ə açıqlamasında DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib. O qeyd edib ki, mərkəzlərdən biri Şuşa şəhərində yerləşəcək:

“Digər mərkəz isə Cəbrayıl, yaxud Füzuli şəhərində inşa ediləcək. Hələlik bunların üzərində işlər aparılır. Artıq Şuşa şəhərində olacaq DOST mərkəzinin layihələndirilməsi prosesi gedir. Yaxın zamanlarda konseptual yanaşma ictimaiyyətə təqdim olunacaq”.