Qiymət artımı Bakının faziləsiz su ilə təchizatına imkan verəcək - "Azərsu"

Bakı şəhərinin 80 faizdən artığı içməli su ilə təchiz olunub.

Trend-in məlumatına görə, bunu “Azərsu” ASC-nin Planlaşdırma və keyfiyyətə nəzarət departamentinin rəisi Bahadur Kəngərli bugünkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sovet dönəmində Bakı şəhərinin su təchizatı üçün qurulan şəbəkə buna imkan vermirdi: "Sovet dönəmində bu şəbəkə Bakı şəhərinin cəmi 36 faizinin fasiləsiz içməli su ilə təminatına imkan verirdi. Bu gün Bakı və bakıətrafı ərazilərin genişlənməsionə baxmayaraq, paytaxtın 80 faizi fasiləsiz içməli su ilə təmin edilib. O vaxt əhaliyə sutkada 6 saat su verilirdi. "Azərsu" ASC-nin gördüyü işlər nəticəsində bu rəıqəm 80 faizə qalxıb. İstehlakçı sayının artmasına baxmayaraq bu gün bu rəqəm 80 faizdir".

İçməli suyun qiymətinin artmasına gəlincə isə qurum rəsmisi bildirib ki, bu proseslə 24 saat su alan istehlakçıların sayını 80 faizdən 100 faizə çatdırmaq mümkün olacaq: "Ümid edirəm ki biz buna nail olacağıq. Çünki bununla bağlı müəyyən işlər görülməlidir. Bu proses qlobal layihələrin icrasına imkan verməsə də, daxili imkanlarla icra olunmalı layihələrin bir hissəsi həyata keçiriləcək".