SDU-dan dünyada analoqu olmayan bir ilk!

Sumqayıt Dövlət Universitetinin Harvard və Stenford universitetləri ilə birgə əməkdaşlığı nəticəsində yaradılmış "Futboldan qazanc yolları" adlı İşçi Qrupunun fəaliyyətinin ilkin nəticələri artıq məlumdur. Gördüyünüz kimi SDU-nun stadionu ortasından yol çəkilərək, ikiyə bölünmüş - bir tərəfdə bağçılıq, digər tərəfdə isə bostançılıq ilə bağlı fəaliyyətə başlanılmışdır. Qeyd edim ki, müvafiq İşçi Qrupunda Kembric, Tokio, Toronto, Pekin və başqa universitetlərdən də görkəmli alimlər təmsil olunurlar.
Almaniyanın Münhen Lüdviq-Maksimilian Universitetinin nümayəndələri də artıq bu layihəyə qoşulmağa çalışırlar. Universitetin rektoru Bernd Huber "KiRaKa" radiosuna verdiyi müsahibəsində bildirib ki, "Almaniya dağılandan sonra biz də Sumqayıt Dövlət Universitetin təcrübəsindən istifadə edərək, "Allianz Arena"nın ortasından yol çəkib, otluq sahədə Sumqayıtdan gətirəcəyimiz zeytun və iydə ağaclarını əkəcəyik."