Təhsil Nazirliyinin əməkdaşları intihar etmiş şagirdlərin ailələrinə baş çəkiblər

Təhsil Nazirliyinin əməkdaşları intihar etmiş şagirdlərin ailələrinə baş çəkiblər.

Nazirlikdən Sabahinfo.az-a verilən məlumata görə, martın 10-da təhsil nazirinin müşaviri Nigar Bağırlı və Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova ötən gün intihar edən Abşeron rayonu Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdlərinin ailələrinə baş çəkib, valideyn və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

Qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.