Sabahinfo.az xəbər verir ki, İstanbul Ağır Cəza Məhkəməsində keçirilən prosesdə ittihamçı onun 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Məhkəmənin sədri Hazar Turan Alim prosesə jurnalistlərin buraxılmasını qadağan edib. Sədrin qərarı ilə bundan sonra jurnalistlər Akif Manafın məhkəməsini işıqlandıra bilməz.
Lakin məhkəmə sədrinin bu fikrinə müttəhimin vəkili Fatih Volkan etiraz edib. Vəkilin sözlərinə görə, bu qərar düzgün deyil: "Bu qərarı verməklə, hüquqlarını müdafiə etdiyim şəxsə qarşı ədalətsizlik olunduğunu düşünürəm”.
Məhkəmənin sədri isə bu qərarın məhkəmədə ittiham olunan və dindirilən şəxslərin hüquqarını qorumaq məqsədilə qəbul olunduğunu bildirib.
Qeyd edək ki, 58 yaşlı yoqa ustası qadınların şikayətindən sonra ötən ilin yayında saxlanılmışdı.
Onun barəsində qadın tələbələrindən biri şikayət edib: "Şikayətçi qadın müttəhim tərəfindən verilən yoqa dərslərinə qatılmağa başlayıb. O, daha sonra eyni mərkəzda çalışmağa başlayıb. Qadın ona oxumaq üçün müxtəlif kitablar verildiyini, yerə uzanması deyilərək əl ilə bədəninə toxunlduğunu, yarı huşsuz vəziyyətdə cinsi münasibətə vadar edildiyini deyib. Daha sonra onlar birlikdə yaşamağa başlayıblar. Lakin bir müddət sonra şübhəlidən uzaqlaşmağa başlayıb. Buna görə də təzyiqlər başlayıb".
Bundan əlavə 11 başqa qadın və kişi də A.Manafdan şikayət edib.
Aralarında Mehmet Əli Erbil, Okan Karaca kimi bir çox tanınmış müştəriləri də olan "Çakra açan" Akif Manaf fırıldaqçılıq, şantaj etmə, təhdid etmə və cinsi istismarda təqsirli bilinirdi.
Məlumata görə, Akif Manaf 1958-ci ildə Azərbaycanda doğulub. Moskvada ali təhsil alıb. Fəlsəfə doktoru adı alandan sonra isə Hindistanda professor adı qazanıb.