ŞƏT və MDB ölkələrinin hərbi qurum rəhbərləri birgə kommünike imzalayıblar

“Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin hərbi qurum rəhbərləri Moskvada keçirilən iclasın yekunları üzrə birgə kommünike imzalayıblar”.

Bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, görüş iştirakçıları beynəlxalq təhlükəsizlik və regional sabitliyin qorunması, eləcə də hərbi sahədə gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, bu gün Rusiyanın paytaxtı Moskvada ŞƏT və MDB ölkələrinin hərbi qurum rəhbərlərinin görüşü keçirilib.