Paytaxt ərazisində daha iki marşrut xətti üzrə avtobuslar müasir tələblərə cavab verən nəqliyyat vasitələri ilə əvəzlənir.
Sabahinfo.az xəbər verir ki, iyulun 1-dən Yeni Yasamal yaşayış massivini M.F.Axundov adına bağla (Bünyad Sərdarov küçəsi) əlaqələndirən 77 nömrəli və Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 91 nömrəli marşrutlarda istismar olunan avtobuslar dəyişdiriləcək.
77 nömrəli marşrut xəttində 20, 91 nömrəli marşrut xəttində isə 10 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobus fəaliyyət göstərəcək.
Hər iki marşrutda ödənişlər nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib