Aydın Hüseynov qəbul keçirdi

19 İyun 2026 tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsində seçicilərlə növbəti qəbul keçirildi.

Görüş zamanı sakinlər qəsəbədəki mövcud vəziyyət, qarşılaşdıqları problemlər və həlli vacib hesab edilən məsələlər barədə fikir və təkliflərini səsləndirdilər.

Daha sonra vətəndaşların müraciətləri fərdi qaydada dinlənildi. Bir sıra məsələlər yerində həll olundu, digər müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlar qarşısında qaldırılması məqsədilə nəzarətə götürüldü.

Görüşdə Qobustan qəsəbə nümayəndəsi Tarverdi Qurbanov və Qobustan qəsəbə bələdiyyəsinin sədri Osman Quliyev iştirak edirdi.

Aydın Hüseynov 

Milli Məclisin deputatı