Bakıda güclü yanğın - avtomobillər kül oldu - Yenilənib

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Yasamal rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.Sabahinfo.az-ın nazirliyin saytına istinadən məlumatına görə, sahibi məlum olmayan ümumi sahəsi 450 kv.m olan birmərtəbəli avtodayanacağın yanar konstruksiyaları və içərisində müxtəlif şəxslərə məxsus 9 ədəd müxtəlif markalı avtomobil yanıb. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

*****

17:23

Bakının Tbilisi prospektində yerləşən "Qafqaz" hotelinin yaxınlığında güclü yanğın olub.Sabahinfo.az-ın salamnews-a istinadən məlumatına görə, yanğın nəticəsində ərazidəki altı avtomobil yanaraq külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili tibbi yardım avtomobilləri, o cümlədən post patrul xidmətinin əməkdaşları gəliblər.

Şahidlər bildirirlər ki, hava küləkli olduğundan yanğının hotel binasına keçmə ehtimalı olub.

Hazırda yanğının qarşısının alınmağı üzrə işlər aparılır.