Cəmiyyətdə insanların biri-biri ilə davranışında müəyyən bir aqressiya hiss olunmaqdadır. Bir sıra ekspertlər hesab edir ki, baş verən aqressiya müəyyən sıxıntılardan doğur. Maliyyə, sosial problemlər insanların gərgin olmasına səbəb olub.
Sabahinfo.az xəbər verir ki, Psixoloq Könül Həsənova Adalet.az-a açıqlamasında deyib ki, insanlardakı aqressiyanın səbəbi qidalanma və sağlam həyat tərzi keçirmələrində mövcud olan problemlərlə bağlıdır. Onun sözlərinə görə, aqressiyanın çox olmasında madiyyatın yükü müxtəlif insanlarda dəyişir. Bəzi insanlar var ki, maddi problemlər onlara daha pis təsir edir. Bəziləri də var ki, bu problem onlara təsir etmir: "Elə insanlar var ki, xoşbəxtliyi sırf maddi ehtiyacını ödənilməsində görür. Bəzi insanlar isə xoşbəxtliyi xırda nüansda tapa bilirlər”. K.Həsənova mövcud problemdən çıxış yollarını da göstərib. Qeyd edib ki, bunun üçün insanlarla psixoloji diskusiyaların aparılması vacibdir.