Ötən gecə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçirilib. Sabahinfo.az xəbər verir ki, Madridin "Atletiko” klubu öz meydanında "Bavariya”nı qəbul edib. Görüşdə "Atletiko" minimal hesablı qələbə qazanıb - 1:0. Qeyd edək ki, komandalar arasında cavab oyunu mayın 3-də keçiriləcək.
"Atletiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya) - 1:0 "MançesterSiti" (İngiltərə) - "Real" (Madrid, İspaniya) - 0:0