İranda əxlaq polisi instaqramda örpəksiz foto paylaşdığı səbəbiylə həbs olunan 8 modelin adlarını açıqlayıb.
Eyni cür foto paylaşan digər 170 xanımın saxlanıldığı da bildirilib.
Onların fotoqraf, dizayner, qrim ustaları və gözəllik salonu işçiləri olduğu qeyd edilib.
İranın ən məşhur modellərindən olan Elham Arab "İranda Qərbin sərbəst həyatını təbliğ etməsi" ittihamı ilə İran İnqilab Məhkəməsi tərəfindən mühakimə olunur.
İranın ən tanınan modeli Elnaz Golrokh həbs olunanlar sırasındadır. Elnaz digər modellərdən fərqli olaraq instaqramda daha çox izləyici sayına sahibdir (638 min).
Arab və Behboudi xaricində həbs olunan digər modellər isə Melikaa Zamani, Donya Moghadam, Dana Nik, Shabnam Molavi, Elnaz Golrokh və Hamid Fadaeidir.
Xatırladaq ki, məşhur iranlı model Shabnam Molavi 2013-ci ilddə FSHN – Kaliforniya jurnalına dövlətdən icazə almadan poza verdiyi səbəbiylə həbs olunmuşdu.
Qeyd edək ki, İranda tvitter, feysbuk, yutub və instaqram populyar şəbəkələr hesab olunur və istifadəsi qadağandır.
80 milyonluq əhalinin yalnız 40 faizi internetdən istifadə edə bilir.(sabahinfo.az)



