Prezident Lənkəranda yol təmirinə 4 milyon manat ayırdı

Prezident İlham Əliyev Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinindavam etdirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sabahinfo.az-ın məlumatına görə, sərəncamla Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.