Qəbələ rayonununda kənd sakini ağacın altında qalaraq ölüb.
Sabahinfo.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 19-da Qəbələ rayonunun Soquca kəndində kənd sakini Araz Aslanlının kəsdiyi ağac başına düşüb. Xəstəxanaya yerləşdirilən A.Aslanlı orada ölüb.
Faktla bağlı araşdırma aparılır.