"Ciddi mübarizə aparmalıyıq..." - Leyla Əliyeva

Hazırda BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) VII Qlobal Forumu çərçivəsində Bakıda Gənclər forumu keçirilir. Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxış edib. L.Əliyeva qonaqları salamlayaraq bildirib: "Azərbaycan zəngin tarixi ənənələrə malik ölkədir. Azərbaycan Şərqlə Qərb arasında yerləşən, unikal coğrafi məkana malik ölkədir. Ölkəmizin Böyük İpək Yolu üzərində yerləşməsi, bizim mədəniyyətimizə, onun multikultural ənənlərinə çox təsir edib. Bu unikal coğrafi məkan sayəsində Azərbaycan zəngin bioloji təbiətə malik ölkədir. Əminəm ki, siz bizim ölkədə olduğunuz zaman Azərbaycanı sevəcəksiniz”. L.Əliyeva daha sonar forum iştirakçıları ilə bir sıra önəmli məlumatları bölüşüb: "BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAU) xoşməramlı səfiri kimi deyə bilərəm ki, hər saniyədə dünyada aclıqdan, qida çatışmazlığı səbəbindən bir insan ölür. Ən acınacaqlısı isə odur ki, ölən şəxslərin böyük əksəriyyəti uşaqlardır. Bununla mübarizə aparmalıyıq. Biz uşaqların qida çatımazlığından ölməsinin qarşısını almalıyıq. Bu məqamda FAU və BMT birgə fəaliyyət göstərərək problemə qarşı ciddi mübarizələr aparmalıdır. Biz 2011-c ildə İDEA İctimai Birliyini yaratdıq. Son 5 ildə bəzi İDEA kampaniyaları haqqında danışmaq istəyirəm. Biz beş ildə 5 milyon ağac əkmişik. Yerli icra hakimiyyəti orqanları ilə birgə ağacların kəsilməsinin qarşısının alınması istiqamətində tədbirlər görmüşük. Beş ildə nəsli kəsilməkdə olan heyvanlar - zebra, ayı, qartallar və s. xüsusilə Qafqaz bəbirinin nəslinin kəsilməsinin qarşısının alınması istiqamətində xeyli işlər görmüşük. Çağdaş dünya, təbiət təhlükələr qarşısındadır. Hər 15 dəqiqədən bir bir fil ölür, bir saat ərzində yüzlərlə köpək balığı tələf olur. Bütün bu faktlar təbiəti qorumaq istiqamətində fəaliyyətə başlamağımız üçün zərurət yaradır”.