Təhsil millətin gələcəyidir deyib Ulularımız! Bəli, təhsilsiz gələcəyi düşünmək çətindir. Bu gün şagirdlərimizin təhsilə marağını, tədris ocaqlarında aparılan və tədrisin inkişafına xidmət edəcək uğurları görmək hər birimizin istəyidir.
Sabahinfo.az-ın bu günki müsahibi ömrünün böyük bir hissəsini gənc nəslin təlim və tərbiyəsinə həsr eləmiş Əli müəllimdir. Əli Aliyev! Beləliklə müsahibimiz Bakı şəhəri Nizami rayonu 12 saylı tam orta məktəbinin direktoru Əli Aliyevdir.
-Əli müəllim, Xoş gördük. Xahiş edirəm məktəbiniz haqqında və məktəbinizin qazandığı uğurlar barəsində danışardınız.

-Xoş gəlmisiz. Məktəbimiz 1974- ci ildə Ulu Öndərimiz Heydər Əliyevin Şəxsi təşəbbüsi ilə tikilib istifadəyə verilib.Ulu Öndər özü iki dəfə məktəbimizdə olub.2013- ci ildə məktəbimiz əsaslı təmir olunub. Cənab Prezidentimiz özü şəxsən açılışda olub. Bizə ciddi tapşırıq və gpstərişlər verib. Biz də işimizi bu günün tələblərinə uyğun qururuq. Hər il rayon və şəhər səviyyəsində keçirilən tədbirlərdə şagirtdlərimiz fəal iştirak edirlər.Bir çox idman yarışlarında şagirdlərimiz uğurla iştirak edirlər.Tədris ili başlayandan bu günə kimi leçirilən bütün olimpiadalarda, istedadlı şagirdlərin iştirak etdiyi bütün tədbirlərdə məktəbimiz və şafirdlərimiz fəal iştirak edir.Ölkəmizdə və ölkədən kənarda keçirilən bor çox idman yarışlarında da şagirdlərimiz iştirak edib və bundan sonra da edəcəklər.Tədris ilinin sonu olduğu üçün 9- cu və 11- ci siniflərin buraxılış imtahanları yaxınlaşır. Biz də bu imtahanlara çox ciddi hazırlaşırıq.Tələbə Qəbulu üzrə Dövlət komitəsi tərəfindən 11 ci siniflərdə monitorinq imtahanlar aparılır.

Şagirdlərimiz yaxşı nəticələr göstərirlər. Hər il göstəricilərimiz daha da yaxşı olur. Biz lisey və gimnaziyalar kimi 5-6 cı siniflərdən yaxşı oxuyan şagirdləri götürüb yetişdirmirik. Biz birinci sinifdən on birinci sinifə qədər öz şagirdlərimizi yetişdiririk.Rayon üzrə məktəblərin göstəricilərinə baxsaq məktəbimizin göstəriciləri bir çoxundan yüksəkdir. Keçən il 4 nəfər şagirdimiz 600 dən yuxarı bal toplayıb.Bir şagirdimiz coğrafiya fəndindən respublika olimpiadasının qalibi olub. Üçünci yeri tutub bürünc medal aldı. 600 dən yuxarı bal toplayıb İqtisad Universitetinə də qəbul olundu və orta məktəbi də Qızıl medalla bitirdi. Sovet təhsili ilə müqaisə eləsən çox böyük fərq vae təhsil sistemində. İndiki şagirdlərin İKT dən istifadə etmələri və öyrənmələri, digər texnikanın inkişafı bu günki şafirdlərin daha da informasiyalı olmasına əsas verir.Məktəb, valideyin , müəllim və şagird münasibətləri çox yaxşı inkişaf edir.Valideyinlərdən xahiş və tələb edirik ki, məktəbə gəlsinlər və dərslərdə iştirak eləsinlər.

Əli müəllim, şagirdlər ən çox hansı fənlərə meyil edirlər?
- Bütün fənnlərə meyilləri yüksəkdir. Ancaq fizika və kimyadan başqa.
-səbəb?
-Mən bunun səbəbini yalnız bu fənlər üçün yazılan ədəbiyyatlarda görürəm.Yəni ədəbiyyatlar daha da keyfiyyətli yazılsa şagirdlərin marağı daha yaxşı olar.İl boyu bütün tədbirlər məktəbimizdə keçirilir. Hətda rayon səviyyəli tədbirlərdə bizim məktəbdə keçirilir.Məktəbimizdə həm dərslərin həm də yədbirlərin keçirilməsi üçün hər cür şərait var.Rayonumuzdan seçilən deputatların və Ağsaqqalların iştirakı ilə Xocalı haqqında tədbirlər keçirilmişik.Bütün fənlər üzrə gecələr keçirmişik Bütün bunlarla kifayətlənmək istəmirik,daha çox uğurlara imza atmaq istəyirik.

Biz də SABAHİNFO.AZ olaraq Əli müəllimə və onun rəhbərlik elədiyi fədakar müəllim kollektivinə uğurlar arzulayırıq.
Qeyd edək ki, hal hazırda Bakı şəhəri Nizami rayonu 12 saylı tam orta məktəbində Respublika Ümumtəhsil Məktəbliləri arasında Şahmmat festivalı keçirilir.






