Bakıda bacısını öldürən şəxslə bağlı - RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi dünən Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.
sabahinfo.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 26-da paytaxtın Nərimanov rayonu ərazisində yaşayan Bakı şəhər sakini Emil Çobanov evində münaqişə zəminində bacısı Rübabəyə bıçaqla xəsarət yetirmiş və o, hadisə yerində ölüb.
Nərimanov rayonu 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Çobanov tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.