Bakının bekar rayonları - Siyahı

2016-cı ilin fevral ayında Bakı şəhəri üzrə məşğulluq xidmətində işsiz hesab edilənlərin sayı açıqlanıb.

Bakı şəhəri üzxrə Statistika İdarəsindən verilən məlumata görə, Bakı şəhərində 12 977 nəfər işsizdir. İşsizlər daha çox Bakının Xətai rayonundadır- 2424 nəfər. Bu statusda sonrakı yerləri Yasamal, Binəqədi, Nəsimi, Nərimanov rayonları tutur.

Belə ki, rəsmi işsizlərdən 2018-i Yasamalda, 1298-i Binəqədi, 1254-ü Nəsimi, 1163-ü Nərimanov rayonun sakinləridir. Bakı şəhəri üzrə 1434 nəfər işsizliyə görə, müavinət alır. İşsizliyə görə müavinət alan 1434 nəfərə hesablanmış orta aylıq məbləğ 303,92 manat olub. Bakı şəhəri üzrə işsizlik statusuna malik olanların 5002 nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat fevral ayının axırına şəhər üzrə cəmi 2753 nəfərdir, onlardan 2375 nəfəri fəhlələrdir.

azvision.az