Habil Xanlarov: - "Mən aktyoram və mən sənətimi sevirəm."

Bax beləcə söz verdiyim kimi gəldim. Sabahinfo.az saytında "SİMALAR” rubrikası ilə sizinləyəm. Məhz elə ilk qonağım Sumqayıt Musiqili Dram Teatrının aktyoru Habil Xanlarovdur. Salam Habil bəy. Salam. Özünüzü təqdim edin: Habil Tehran oğlu Xanlarov.Sumqayıt Dövlət Musiqili Dram Teatrını aktyoru. Bir aktyor üçün önəmli nədir? Bir aktyor üçün önəmli onun yaratdığı obrazların sevilməsidir. Bu gün sənətinizdən razısınız? Hardasa 50/50 yə razıyam. Sənət adamlarına verilən qonorarlardan razısınızmı? Bu sual sənət adamlarının ən yaralı mövzusudur.Qonorarlardan belə də,amma o qonorarlar lazımi ünvanlarına çatsa daha yaxşı olar. Səhnədən ayrı özünüzü hesab edirsiniz? Yox. Habil Xanlarov hansı obrazı daha çox sevib? Mən bütün rollarımı sevmişəm. Amma Rəhim obrazı mən daha yaxın bir obrazdır. Aktyor üçün böyük uğur nədir? Tamaşaçı alqışı və diqqət. Ümumiyyətlə hansı problemlər olub teatrda? Olmayıb. Teatr anlamı nədir? Teatr bir həyat məktəbidir. Bilirsinizmi niyə? Çünki teatrda aktyor obrazla tamaşaçıya real həyatda olanların bir qismini göstərə bilir. Hansı seriallara çəkilmisiniz? Mən açığı deyim çox az çəkilmişəm seriallara. Amma yenə də dəvət gəlsə belə mən daha çox teatrı sevirəm filmi yox. Bəlkə verilən qonorar sizi qane etmir? Bəli bu da. Niyə bu gün teatr aktyorları toylarda kloun və tamada kimi çıxış edirlər? Bu sual bu gün aktualdır. Bilirsinizmi necədir bu gün aktyorun toylara getməsi təbii ki,aldığı məvacibə görədir. Tamaşanın sevilməsi daha çox rejissordan,yoxsa aktyordan asılıdır? İlk öncə rejissordan,daha sonra isə aktyordan asılıdır. Deyirlər aktyor hər hansısa obrazı oynayırsa onu öz xarakterinə uyğun oynayır yox? Hardasa hə. İşinizin öhdəsindən gəlmək üçün hansı addımları atırsınız? Çox addımlar atıram və çalışıram ki, atdığım addım bəhrəsiz qalmasın. Xanımınız necə bu sənətdə sizi qısqanır? Yox təbii ki. Mən aktyoram və mən sənətimi sevirəm. Davamçınız var? Bəli var. Oğlum bu sənətə meyllidir. Bizə son sözünüz Siz media nümayəndələri biz aktyorları daima diqqətdə saxlamısınız buna görə sağ olun.
Aydın ULUSOY