Dekabrın 20 – də Kürdəmir rayon İcra
Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Kürdəmir rayon Polis
İdarəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin Kürdəmir rayon İdarəsinin birgə
təşkilatçılığı ilə Kürdəmir şəhər Gənclər Evində "Gənclər dini radikalizmə və
ekstremizmə yox deyir” mövzusunda seminar-müşavirə keçirilib.
sabahinfo.az-a verilən məlumata görə tədbirdə Kürdəmir rayon icra hakimiyyəti
başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir
müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nin Ucar bölgəsi
üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon Polis İdarəsinin əməkdaşı Asif
Əhmədov, DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov, təhsil
işçiləri, yuxarı sinif şagirdləri və aktiv fəaliyyəti ilə seçilən gənclər
iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğunu bildirən Elxan Qafarov bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü qeyd edib.
Tədbirdə "Gənclərin milli-mənəvi dəyərlər
ruhunda yetişdirilməsinin əhəmiyyəti” haqqında çıxış edən DQİDK-nin Ucar
bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, milli-mənəvi və əxlaqi dəyərlərdən
uzaq, sistemləşdirilmiş ideoloji dünyagörüşünə malik olmayan gənclərin sabah nə
dövlət, nə cəmiyyət, nə də özləri üçün heç bir fayda gətirə bilməyəcəklərini, qeyri-ənənəvi
dini təriqətlərin yayılması cəhdlərinin qarşısının alınmasının gənclər arasında
milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinin düzgün aparılmasından asılı olduğunu
vurğulayıb.
Daha sonra çıxış edən Dövlət Təhlükəsizlik
Xidmətinin Kürdəmir rayon şöbəsinin əməkdaşı Seymur Müslümov və rayon Polis
İdarəsinin əməkdaşı Asif Əhmədov da müasir gəncliyimizin milli mənəvi dəyərlər
ruhunda tərbiyə olunmasının vacibliyindən bəhs edərək radikalizmlə mübarizə
tədbirləri çərçivəsində dini maarifləndirmənin xüsusən gənclər arasında
aparılmasının tərəfdarı olduqlarını vurğulayıblar.
Mövzu ilə bağlı gənclərin aktiv diskussiyası
və iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə tədbir öz işini
yekunlaşdırıb.