(Xəzərə qərq olan soydaşlarımızın əziz xatirəsinə)
Sizin arzularınız gözünüzdə qalmadı, gözünüzdə boğuldu... Sizin ölümünüz bambaşqa ölüm- su ölümü, dəniz ölümü...! Sizə balıqlar ağladı, səssiz ağladı, hamıdan qabaq. Balıqların göz yaşından bir az da artdı dəniz. Dəniz də ağladı bir az, Gözünü qan tutmuş dəniz, əli qana batmış dəniz... Sahildən qorxub çəkindi dalğalar, günahından utandı. Yosunların arasında, ilbizlərin kölgəsində gizləndi dalğalar.