Peruda polis avtobusunun dərəyə yuvarlanması nəticəsində 12 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Peru polisinin rəhbəri Visente Pomero bildirib.
Məlumata görə, polisləri daşıyan avtobus dağlıq ərazidə idarəetməni itirərək 700-800 metr dərinliyi olan dərəyə yuvarlanıb.
Xəsarət alanlardan 6 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.