Şəkidə 36 yaşlı qadın dərmandan zəhərlənib.
Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, rayonun Böyük Dəhnə kənd sakini, 1980-ci il təvəllüdlü Hürüyyə Ağaəli qızı Şükürovabu gün günorta saatlarında zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, o, dərmandan zəhərlənib.
Reanimasiya şöbəsinə yerləşdirilən H.Şükürovaya lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. Sabahinfo.az