Dövlətlərarası münasibətlərə verilən xüsusi önəmin göstəricisi

Azərbaycan Respublikasının xarici siyasət strategiyasında parlament diplomatiyası son illərdə mühüm və çevik bir alətə çevrilmişdir. İranın mərhum Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin Tehranda keçirilən vida mərasimində ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin təmsil etməsi bu xəttin bariz nümunəsidir. Dövlətin ali səviyyəli təmsilçiliyinin qanunverici orqanın rəhbəri vasitəsilə həyata keçirilməsi ölkəmizdə parlamentarizm institutuna və onun beynəlxalq nüfuzuna verilən yüksək qiyməti nümayiş etdirir. Səfər çərçivəsində spiker Sahibə Qafarovanın İran Prezidenti Məsud Pezeşkian və Məclis sədri Məhəmməd Baqer Qalibaf ilə görüşərək Prezident İlham Əliyevin və Azərbaycan xalqının başsağlığını çatdırması dövlətlərarası münasibətlərə verilən xüsusi önəmin göstəricisi kimi iki ölkə arasındakı tarixi və diplomatik bağların qorunmasına xidmət edir. Belə regional əhəmiyyətli məqamlarda parlament rəhbərinə xüsusi etimad klassik xarici siyasət mexanizmlərini uğurla tamamlayan parlament diplomatiyasının qonşu dövlətlərlə qarşılıqlı etimadın güclənməsində həlledici bir körpü rolunu oynadığını göstərməklə ölkəmizin həm ikitərəfli əlaqələrdə, həm də regional təhlükəsizlik arxitekturasında parlament gücündən nə dərəcədə effektiv istifadə etdiyini təsdiqləyir.

Bəhruz Məhərrəmov

Milli Məclisin deputatı