BMW və "İsuzu" toqquşdu, sürücü ağır yaralandı

Bakı-Qazax magistral avtomobil yolunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib. APA-nın qərb bürosunun məlumatına görə, yolun 398-ci kilometrliyində,  Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində  BMW markalı minik avtomobillə "İsuzu" markalı  yük maşını toqquşub.

 

Qəza zamanı BMW-nin sürücüsü, 1983-cü il təvəllüdlü Düz Qışlaq kənd sakini Sənan Tağıev müxtəlif bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Vəziyyətinin  ağır olduğu bildirilir. 

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.