Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rüfət Xudayarov və Fuad Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Xudayarov 8 il, F.Əhmədov isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər evlərdən oğurluq etməkdə günahlandırılır. Onlar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham edilib.Sabahinfo.az