Saatlıda polis əməkdaşı avtomobillə vurulub

Saatlıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

sabahinfo.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanvarın 20-də axşam saatlarında Saatlı rayon polis şöbəsinin əməkdaşı, polis baş serjantı, 1970-ci il təvəllüdlü Çingiz Behbud oğlu Yaqubovu polis şöbəsinin qarşısında  "VAZ-2107”  markalı avtomobil vurub. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs Saatlı Mərkəzi  Rayon Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.