Siyəzəndə evlərdən oğurluq etmiş gənc saxlanılıb

Siyəzən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində yaşayış evlərindən oğurluq etməkdə təqsirli bilinən şəxsi saxlayıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, həmin şəxs Siyəzən şəhər sakini, 25 yaşlı Elvin Nəriman oğlu Bəydəmirovdur. O, rayon sakini Əmirağa Məmmədova məxsus mənzildən 2400 manat məbləğində məişət avadanlıqlarını oğurlamaqda ittiham olunur. Siyəzən RPŞ-dən verilən məlumata görə, aparılan araşdırma zamanı məlum olub ki, E. Bəydəmirov daha bir neçə mənzildə eyni əməli törədib. Onun başqa oğurluq faktlarında iştirakı yoxlanılır.
 
Hazırda onun barəsində Siyəzən RPŞ-də araşdırma aparılır.