Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən
məlumata görə, aprelin 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən
buludlu, əsasən, yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-8,
gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
Aprelin 15-də Azərbaycanın
rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə
şimşək çaxacaq , qısamüddətli yağış yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7,
gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti,
gündüz 7-12 dərəcə isti olacağı gözlənilir