18 yaşa qədər uşaq və gənclərdə rəqəmsal düşüncə formalaşdırılmalıdır.
Sabahinfo.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi (MEDİA) İcraçı direktorun müavini Natiq Məmmədli parlamentdə İnzibati Xətalar Məcəlləsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qanun qadağandan daha çox, uşaqlar üçün yeni imkanlar yaradan vasitə kimi tətbiq olunmalıdır: "Biz uşaqlara onlar üçün faydalı olan informasiyalardan istifadəni təklif etməliyik".
N.Məmmədli deyib ki, rəqəmsal mühitdə maarifləndirici resurslar artırılmalıdır:
"18 yaşa qədər rəqəmsal düşüncə uşaq və gənclərdə formalaşdırılmalıdır. Rəqəmsal reallığın pozitiv tərəfləri də çoxdur".